SON DƏQİQƏ
» » Türkiyədən Azərbaycana dəstək "Biz yedi devlet tek milletiz"

Türkiyədən Azərbaycana dəstək "Biz yedi devlet tek milletiz"

Tarix:

27-07-2020, 08:00

/ 3 316 dəfə oxundu.
Türkiyədən Azərbaycana dəstək "Biz yedi devlet tek milletiz"

Dünən Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

Kayserinin mərkəzindəki Cümhuriyyət meydanında "Turan” dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən aksiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb.

"Yeddi dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, "Ya Qarabağ, ya ölüm!”,   "Qansa qan, cansa can, səninləyik Azərbaycan!”, "Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəz Universitetinin müəllimləri, azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər.

 

Mitinq iştirakçılarına Azərbaycan tarixi torpaqları, Ermənistan təcavüzkarlığı haqqında məlumatlar verilib, 12 iyuldan Ermənistanın Azərbaycanın Tovuz rayonuna başlayan hücumları qınanıb, şəhidlər sayğı ilə anılıb.

Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi "Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.

AbbasƏLİ

 

 

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ