SON DƏQİQƏ
» » Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu

Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu

Tarix:

7-07-2020, 10:32

/ 3 671 dəfə oxundu.
Bakıda məşhur xəstəxananın 33 əməkdaşı koronavirusa yoluxdu

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris-Cərrahiyyə Klinikasının koronavirusa yoluxan tibb işçilərinin sayı məlum olub.

GunAz.az xəbər verir ki, ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova bildirib ki, koronavirusla mübarizə dövründə Tədris-Cərrahiyyə Klinikasında 33 tibb işçisi COVID-19-a yoluxub:

"Onlardan altısı sağalaraq evə yazılıb. Hazırda 27 tibb işçisi müalicəsini davam etdirir. Həmin şəxslərin 21-i xəstəxananın reanimasiya şöbəsinin əməkdaşlarıdır. Səkkizi həkim və ya həkim-rezident, 13 nəfəri isə orta personaldır”.

G.Aslanova qeyd edib ki, hazırda müalicə alan tibb işçilərindən altısının vəziyyəti ağırdır:

"İşçilərdən 15-nin vəziyyəti orta ağır, altısının vəziyyəti isə yüngüldür”.(oxu.az)


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ