SON DƏQİQƏ

Yeni təyin olunan baş nazirin DOSYESİ

Tarix:

23-05-2020, 15:31

/ 3 835 dəfə oxundu.
Yeni təyin olunan baş nazirin DOSYESİ

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Ali Məclisin qərarını imzalayıb.

Səbuhi Hidayət oğlu Məmmədov 1 may 1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun İbadulla kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının İqtisad fakültəsini mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə bitirmişdir. Maliyyə üzrə iqtisadçıdır.

Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Aqrar-Sənaye Bankının Şərur rayon şöbəsində mütəxəssis olaraq başlayıb, ötən dövr ərzində baş mütəxəssis, şöbə rəisi, Birləşmiş Universal Səhmdar Bankının Şərur rayon filialının müdiri, Aqrarkredit Səhmdar Kredit Təşkilatının Naxçıvan Muxtar Respublika filialının müdiri, Kapital Bank Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin rəisi vəzifələrində işləyib.

2007-ci ilin yanvar ayından 2017-ci ilin fevral ayınadək Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri vəzifəsində çalışıb.

6 fevral 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri, 2018-ci il noyabrın 30-dan Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini – Maliyyə naziri vəzifəsinə təyin edilmişdir.

2012-ci ilin fevral ayında Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən "Tərəqqi” medalı ilə təltif edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin 30 aprel 2019-cu il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Azərbaycan Respublikasının Prezidentinin 27 may 2019-cu il tarixli sərəncamına əsasən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Ailəlidir, 4 övladı var

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ