SON DƏQİQƏ

Toy etmək istəyənlərin diqqətinə - TƏBİB vacib məlumatı AÇIQLADI

Tarix:20-05-2020, 08:54 Oxunub:3 637

"Toylarda daha çox insan olur. Buna görə də, hələlik, bu, gündəmimizdə deyil. 
Toylarda insanların yaxın təmas etdiyini nəzərə alsaq, yoluxma halı daha da arta bilər". 
Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.
Qurum rəsmisi bildirib ki, açıq havada, daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər:
"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun. 300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil."(qafqazinfo)

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<