SON DƏQİQƏ

Koronavirusdan ölən şəxslərin adları niyə açıqlanmır? - Baş infeksionist AÇIQLADI

Tarix:9-04-2020, 14:48 Oxunub:1 820

"İnsan vicdanı qarşısında həm özünü, həm də cəmiyyəti düşünməlidir".
Bunu ölkənin baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, Azərbaycanda COVID-19 infeksiyasına yoluxma hallarının artması insanların bu məsələyə yanaşma tərzi ilə bağlıdır: "Bu artım həm də küçəyə çıxma qadağasından əvvəlki dönəmdə yoluxanların təsiri ilə əlaqəlidir. Bəzi vətəndaşlarımız müxtəlif vasitələrlə saxta arayış düzəldir və ya qaydalara əməl etmir. Bu da müəyyən qədər təsir edir. Hesab edirəm ki, insanlarımız küçəyə çıxma qadağasına əməl etmədiyi və ya ciddiyə almadığı təqdirdə fövqəladə hal rejiminə keçmək lazımdır. Hər küçəyə bir polis qoymaq da mümkün deyil".
Baş infeksionist cəmiyyətdə koronavirusa yoluxan və ya virus səbəbilə ölən şəxslərin adlarının açıqlanmaması ilə bağlı yaranan fikirlərə belə aydınlıq gətirib: "Koronavirusu ciddi hesab etməyənlər xəstə olduqları halda adlarının mətbuatda dərc olunacağını əvvəlcədən bilsələr, özlərini necə hiss edərlər? Bu, etik nöqteyi-nəzərdən düzgün deyil. Hər dünyasını dəyişənin və ya yoluxanın adı barədə açıqlama vermək yanlış fikir, yanaşmadır".
Cəlal İsayev vətəndaşları diqqətli və tədbirli olmağa səsləyib: "Koronavirus 85% hallarda yüngül keçən xəstəlikdir. 5% kritik vəziyyətdə olanlardır. Ölənlər də bu kateqoriyaya aiddir. Artıq 1 milyondan çox insan həyatını itirib. Bu, xəbərdarlıq deyilmi? Bir insanın ölümü bu qədərmi ucuzlaşıb? Bütün bunları nəzərə alıb tədbirlər həyata keçiririk ki, insanlarımız həyatla vidalaşmasın. Reanimasiyaya düşən insanların sayı artsa, tənəffüs aparatı tapmaq olmaz. Bunu vətəndaşlarımız düşünməlidir.
Maarifləndirmə prosesi hər gün aparılır. Düşünürəm ki, insanlarımız anlayır. Sadəcə səhlənkarlıq edir və laqeyd yanaşırlar. Gənclər koronavirusu yüngül keçirir. Ancaq yaşlıları da düşünməliyik axı. Onları qorumalıyıq ki, xəstələnməsinlər. Çünki onlarda bu infeksiya ağır keçir. Biz yaxınlarımızı və cəmiyyəti düşünməliyik. Buna uyğun da hərəkət etməliyik".

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<