SON DƏQİQƏ
» » Bakıya milyardlar qazandıracaq TİT: Tətbiq edilərsə...

Bakıya milyardlar qazandıracaq TİT: Tətbiq edilərsə...

Tarix:

14-11-2019, 09:00

/ 414 dəfə oxundu.
Bakıya milyardlar qazandıracaq TİT: Tətbiq edilərsə...

Beynəlxalq təcrübəyə nəzər salsaq, görərik ki, oxşar qanunlar qabaqcıl Avropa ölkələrində, o cümlədən, Fransa, Almaniya, Böyük Britaniyada uğurla tətbiq edilir və yüksək nəticələr əldə olunub. Təkcə qardaş Türkiyədə oxşar qanun 1994-cü ildə qəbul olunub və qanunun tətbiqindən sonra ölkəyə milyardlarla dollar investisiya cəlb edilib.

Bu sözləri GunAz.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərovun “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadə ilə bağlı təklifi haqqında danışarkən deyib. O bildirib ki, ölkə iqtisadiyyatına daha çox investisiya cəlb edilməsinə istiqamətlənmiş bu model iqtisadiyyatımızın inkişafı üçün əlavə hüquqi və iqtisadi alətə çevrilə bilər:

“Dəfələrlə “Tik-idarə et-təhvil ver” modelinin Azərbaycanda tətbiq olunması məsələsi müzakirə olunub. Amma hələ ki, modelin ölkəmizdə tətbiqi həyata keçirilmir. Amma bu modelin tətbiqi ən vacib məsələlərdən biridir. Bir çox inkişaf etmiş ölkələrdə “Tik-idarə et-təhvil ver” (TİT) modeli tətbiq olunur və çox uğurlu nəticələr əldə edilir”.

İqtisadçı bildirib ki, bu qanunun qəbul edilməsi ölkəyə böyük məbləğdə investisiya cəlb edəcək, yeni iş yerləri açılacaq, məşğulluğun səviyyəsi artacaq:

“Bütövlükdə qanun layihəsinin əsas üstünlükləri ondan ibarətdir ki, investorlar hər hansı sahibkarlıq riski daşımadan ölkəmizə investisiya qoymaqda və bunun müqabilində gəlirlər əldə etməkdə maraqlı olacaq. Eyni zamanda, dövlət bu yolla ölkəyə böyük məbləğdə investisiya cəlb edəcək, yeni iş yerləri açılacaq, məşğulluğun səviyyəsi artacaq və müvafiq müqavilə müddəti başa çatdıqdan sonra yaradılan həmin infrastruktur obyektləri əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçəcəkdir. Bu baxımdan təklif olunan qanun layihəsi həm dövlətin, həm də investorların maraqlarına tamamilə uyğun gəlir. Düşünürəm ki, dünya üzrə effektli olan sözügedən model Azərbaycanda da ciddi effekt verəcək”.

Qeyd edək ki, Milli Məclisin ötən gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov “Tik-idarə et-təhvil ver” (TİT) modelindən istifadəni məqsədəuyğun hesab etdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ