SON DƏQİQƏ
» » Şagirdlərin elektron yerdəyişməsinə start verilir - Ümumilikdə 54 mindən çox müraciət daxil olub

Şagirdlərin elektron yerdəyişməsinə start verilir - Ümumilikdə 54 mindən çox müraciət daxil olub

Tarix:

21-10-2019, 12:52

/ 799 dəfə oxundu.
Şagirdlərin elektron yerdəyişməsinə start verilir - Ümumilikdə 54 mindən çox müraciət daxil olub

Bu gündən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.

Təhsil Nazirliyindən GunAz.az-a verilən məlumata görə, cari ildən etibarən şagirdlərin yerdəyişməsi elektron formada həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Qeyd edək ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

скачать dle 12.1

Şərhlər