SON DƏQİQƏ
» » Firudin Cəlilovdan ittihamlara CAVAB: “Rəhmətlik Elçibəy elə bunların əlindən qaçıb getdi...”

Firudin Cəlilovdan ittihamlara CAVAB: “Rəhmətlik Elçibəy elə bunların əlindən qaçıb getdi...”

Tarix:

10-10-2019, 23:50

/ 2 745 dəfə oxundu.
Firudin Cəlilovdan ittihamlara CAVAB: “Rəhmətlik Elçibəy elə bunların əlindən qaçıb getdi...”

“Pənah Hüseyn ömrü boyu Ostap Bender kimi “çalxalamaqla” məşğul olub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında keçmiş baş nazir Pənah Hüseynlə mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımovun ittihamlarına cavab verən sabiq təhsil naziri Firudin Cəlilov deyib.

Keçmiş təhsil naziri Firudin Cəlilovun “Bakupost”a müsahibəsində eks-prezident Əbülfəz Elçibəy haqqında səsləndirdiyi fikirlər, o cümlədən, test sisteminin tətbiqini öz təşəbbüsünün nəticəsi kimi təqdim etməsi ciddi müzakirələrə səbəb olub.

Sabiq nazirin bu fikirlərinə reaksiya verən keçmiş baş nazir Pənah Hüseyn və Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov sərt fikirlər səsləndiriblər. Onlar Cəlilovun dünyasını dəyişən Əbülfəz Elçibəy və Vurğun Əyyub haqqında danışmasını “etikadan kənar hərəkət” adlandıraraq, onu yaxın keçmişə aid məsələləri təhrif etməkdə suçlayıblar.

Firudin Cəlilov Yenicag.az-a açıqlamasında Pənah Hüseynlə Oqtay Qasımovun ona ünvanladıqları ittihamlara cavab verərək, öz mövqeyində qaldığını bildirib:

“Əvvəla, onu deyim ki, mən heç vaxt rəhmətlik Vurğunun əleyhinə danışmamışam, əksinə, onu həmişə müdafiə etmişəm. Niyə? Çünki mən test imtahanını gətirdim və Vurğunu o vəzifəyə təyin etdirmək üçün çox adamla üz-göz oldum.

O, dünyasını dəyişən günə qədər mən bunu ona demədim ki, oğul, mən hansı çətinliklərlə səni gətirdim, kimlərlə üz-göz oldum. Qəlbini sındırmaq istəmədim açığı… Amma heç vaxt Vurğunun arxasınca danışmamışam, hər zaman onu müdafiə etmişəm. Ən azından ona görə ki, mənim ideyamı gerçəkləşdirib.

Azərbaycana test üsulunu mən gətirmişəm, Vurğun da bu işi şərəflə icra edib. Məsələ bu qədər bəsitdir. Rəhmətliyin özü də son çıxışlarında deyib ki, Firudun müəllim Misirlə məni Türkiyəyə göndərdi ki, gedin, öyrənin gəlin. Gəlib məruzə etdik. Ondan sonra prezidentdən razılıq alıb, bu işi gerçəkləşdirdik. Bu qədər bəsit bir məsələyə niyə belə reaksiya göstərirlər, başım çıxmır. Bunu rəhmətlik Vurğun da, Misir Mərdanov da deyib.

Oqtayı bilmirəm, amma Pənah Hüseynovu, yəqin, tanıyırsınız da… Pənah Hüseynov ömrü boyu Ostap Bender kimi “çalxalamaqla” məşğul olub. Gəncə hadisələrinin səbəbkarı da o adam idi, ondan daha nə gözləmək olar ki? Rəhmətlik Elçibəy elə bunların əlindən qaçıb getdi də… Ona torba tikdilər. Pənahın nə dediyini bilirəm, amma Oqtay nədən narazıdır, anlamıram. Bunlar sözü fırladırlar, sözü fırladanda da içindən nəyisə çıxardırlar. Demirlər ki, Vurğunun arxası ilə danışmışam? Mən də deyirəm ki, tapın göstərin, görüm harada danışmışam. Mən həmişə onu müdafiə etmişəm”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ