SON DƏQİQƏ
» » İran gəmiləri partlayışa məruz qalan 2 neft tankerin 44 nəfərlik ekipajını xilas ediblər

İran gəmiləri partlayışa məruz qalan 2 neft tankerin 44 nəfərlik ekipajını xilas ediblər

Tarix:

13-06-2019, 13:30

/ 1 922 dəfə oxundu.
İran gəmiləri partlayışa məruz qalan 2 neft tankerin 44 nəfərlik ekipajını xilas ediblər

Bu gün səhər saatlarında Oman dənizində təxminən bir saat fərqlə hücuma və partlayışa məruz qaldığı deyilən 2 neft tankerininin 44 nəfərdən ibarət ekipajı xilas edilib.

GunAz.az FarsNews-a istinadla xəbər verir ki, bu barədə İranın Limanlar və Dəniz Nəqliyyatı Təşkilatının təhlükəsizlik məsələlər üzrə şöbəsinin sədri Əlirza Xocəstə məlumat verib.

Bildirilib ki, bu gün səhər saatlarında yardımla bağlı mesaj daxil olan kimi yanğına məruz qalan iki tankerin yardımına xilasetmə qüvvələri ezam edilib və iki gəminin ümumilikdə 44 ekipajı xilas edilib.

Onlar təxliyə edilərək, İranın Casək dəniz limanına aparılıblar.

Əlavə edilib ki, Panama bayrağı ilə üzən “Kokuka Courageous” və Marşal Adaları bayrağı ilə üzən “FRONT ALTAİR” neft tankerinin ekipaj üzvlərinə lazımi yardımlar göstərilib.

İran mənbələri bildirib ki, gəmilərdən birində yanğın şiddətli şəkildə davam edir və onun batma ehtimalı var.

Bu, son ayda gərginliyin hökm sürüdüyü Oman dənizi və Fars Körfəzi yaxınlığında neft tankerlərinə edilən ikinci hücumdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ