SON DƏQİQƏ

Rusiyalı dənizçilər 9,5 ton kokainlə tutuldu

Tarix:

2-02-2019, 08:17

/ 10 266 dəfə oxundu.
Rusiyalı dənizçilər 9,5 ton kokainlə tutuldu

Kabo-Verdedə (Qərbi Afrika) narkotik qaçaqmalçılığında şübhəli bilinən 11 rusiyalı dənizçi saxlanılıb.

GunAz.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Rusiyanın sözügedən ölkədəki səfirliyindən bildiriblər.

Qeyd olunur ki, ESER gəmisində polis əməkdaşları 9,5 ton kokain aşkar ediblər. Gəminin ekipajı saxlanılıb, gəmi Praya limanında qalmaqdadır.

Rusiya səfirliyindən bildiriblər ki, məsələ nəzarətdədir.

Panama bayrağı altında üzən gəmi Panamadan Mərakeşə doğru irəliləyərkən ekipaj üzvlərindən biri ölüb. Bu üzdən də gəmi Kabo-Verde limanına daxil olmaq məcburiyyətində qalıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ