SON DƏQİQƏ
» » Azərbaycanlı polis qadın hər kəsi heyrətləndirdi - VİDEO

Azərbaycanlı polis qadın hər kəsi heyrətləndirdi - VİDEO

Tarix:

28-05-2019, 08:16

/ 2 078 dəfə oxundu.
Azərbaycanlı polis qadın hər kəsi heyrətləndirdi - VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti tərəfindən "Polis idmançıları yaxından tanıyaq" adlı rubrikaya başlanılıb.

GunAz.az xəbər verir ki, layihənin ilk qonağı Bakı şəhər Baş Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlar üçün Müvəqqəti Təcridetmə mərkəzinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanovadır.

Xanım idmançımız karate üzrə 2 dəfə dünya kubokunun sahibi, səkkizqat respublika çempionu, pauerliftinq üzrə isə Avropa və üçqat respublika çempionudur.

Videoçarxda Ə.Qurbanova ilk baxışda əks qütblü görünə biləcək idman növlərində qazandığı uğurların sirrini açır, həmçinin xanımlara idmanla məşğul olmağın faydalarından bəhs edir.

Polis zabitinin xidmətdə və idman arenalarında əldə etdiyi uğurlar haqqında daha ətraflı videsüjetdə məlumat verilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ