SON DƏQİQƏ

Qadın polisimiz Avropa çempionu oldu

Tarix:

17-05-2019, 22:10

/ 230 dəfə oxundu.
Qadın polisimiz Avropa çempionu oldu

Sankt-Peterburqda pauerliftinq üzrə Avropa çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən GunAz.az-a bildiriblər ki, qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil edilib. Azərbaycan yığmasının heyətində mübarizə aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub.

Qadınların yarışında dartma hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq qızıl medal qazanıb.

скачать dle 12.1

Şərhlər