SON DƏQİQƏ
» » Millət vəkili: Doğrudanmı, ekoloji tarazlığı qoruyacağıq?

Millət vəkili: Doğrudanmı, ekoloji tarazlığı qoruyacağıq?

Tarix:

13-03-2019, 14:48

/ 10 278 dəfə oxundu.
Millət vəkili: Doğrudanmı, ekoloji tarazlığı qoruyacağıq?

Özümüz üçün aydınlaşdırmalıyıq ki, bu qanunu qəbul edəndə nəyə nail oluruq. Doğrudanmı, ekoloji tarazlığı qoruyacağıq, doğrudanmı, bu, effektiv bir qanun olacaq?

GunAz.az xəbər verir ki, bunu millət vəkili Hikmət Babaoğlu parlamentin İnsan hüquqları komitəsinin iclasında “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi zamanı dilə gətirib.

O, adıçəkilən qanuna və həmin qanuna uyğunlaşdırılması nəzərdə tutulan digər qanunlara dəyişikliyin ekoloji ekspertizanın tətbiq edilməsi ilə bağlı olduğunu söyləyib.

“Yoxsa bu, müxtəlif növ fəaliyyətlə məşğul olan vətəndaşlarımız üçün bir bürokratik baryer olacaq? Biz bu məsələdə diqqətli olmalıyıq. Ona görə də hesab edirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mütəxəssislərin iştirakı ilə bu məsələni bir daha müzakirə etməliyik. Görək, bunların arqumenti nədən ibarətdir”.

Sözügedən komitənin sədri Bahar Muradova isə bildirib ki, bu məsələlər “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun qəbul edilərkən müzakirə olunub: 

“Nazirliyin nümayəndələri həmin qanunun qəbulu zamanı müzakirələrdə iştirak ediblər. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun həm parlamentin komitələrində, həm də parlamentin plenar iclasında müzakirə olunub, qəbul edilib. 

Artıq “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanunun icrasını tətbiq etmək məqsədilə yeni qanunun digər qanunlarda əksini tapması prosesini həyata keçiririk. Bu dəyişikliklər qanunların uyğunlaşdırılması məqsədilə həyata keçirilir. Mən hesab etmirəm ki, burada hansısa şübhə doğuran məqamlar var.

Biz ətraf mühiti qorumaq üçün qaydaları sərtləşdirsək də, qanunun birbaşa icrası prosesində arzuedilməz hallar baş verməyəcək. Amma hansısa subyektiv amillər ola bilər. Bütün cəmiyyətlərdə bu hallar mövcuddur”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ