SON DƏQİQƏ

Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Tarix:

18-12-2018, 13:24

/ 10 274 dəfə oxundu.
Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən GunAz.az -a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında dekabrın 20-21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Azərbaycanın rayonlarında dekabrın 20-si axşam, dekabrın 21-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoz

Dekabrın 20-21-də Abşeron yarımadasında buludlu və rütubətli hava şəraitinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ