SON DƏQİQƏ
» » Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - PROQNOZ

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - PROQNOZ

Tarix:

17-12-2018, 13:12

/ 10 285 dəfə oxundu.
Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.

Bu barədə GunAz.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Rayonlarda dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. 

Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. 

Dağlıq rayonlarda yolların buz bağlama ehtimal olunur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ