SON DƏQİQƏ

Naxçıvanda helikopterlər havaya qalxdı

Tarix:

3-09-2018, 20:52

/ 10 308 dəfə oxundu.
Naxçıvanda helikopterlər havaya qalxdı

Əlahiddə Ümumqoşun Orduda üç pilləli, iki tərəfli olmaqla keçirilən növbəti komanda-qərargah təlimi başa çatıb.

GunAz.az  xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təlimin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması, ikinci mərhələsində isə qəbul edilmiş qərarların Simulyasiya mərkəzində kompüterlər üzərində oynanılması həyata keçirilib.

Həmçinin, Naxçıvanda aviasiya bölmələri təlim-məşq uçuşları keçirib. Uçuşlar zamanı SU-25 hücum təyyarələri və Mİ-35 atəş-dəstək helikopterləri ilə hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün ən aşağı hündürlükdə mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Mİ-17 nəqliyyat-döyüş helikopterləri ilə gənc pilotların yüksək dağlıq ərazidə məhdud ölçülü meydançaya enmə vərdişləri təkmilləşdirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ