SON DƏQİQƏ
» » Ermənistanın cəbhədə təxribat yaratmasının pərdəarxası - Polkovnik danışır

Ermənistanın cəbhədə təxribat yaratmasının pərdəarxası - Polkovnik danışır

Tarix:

9-01-2018, 15:43

/ 1 222 dəfə oxundu.
Ermənistanın cəbhədə təxribat yaratmasının pərdəarxası - Polkovnik danışır

“Ermənistan tərəfi cəbhə xəttində atəşkəsi pozaraq diqqəti özünə yönəltmək istəyir.  Yəni atəşkəs bu qədər pozulursa, danışıqlara getməyin faydası olmadığını, Azərbaycan tərəfinin guya atəşkəsi pozduğunu  vurğulamaq fikrindədirlər”.

 

Gunaz.az xəbər verir ki, bunu Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təlim-tədris hissəsinin sabiq rəisi, ehtiyatda olan polkovnik Şair Ramaldanov  Modern.az-a danışarkən deyib. O bildirib ki, cəbhədə vəziyyət mütəmadi olaraq gərginləşir:

 

“Məsələ ondadır ki, son zamanlar cəbhə xəttində gün ərzində 120-125 dəfə atəşkəs pozulur. Yəni bu baxımdan gərginlik azalmır, əksinə getdikcə çoxalır. Buna səbəb birinci növbədə Ermənistan işğalçı qüvvələridir.

 

Azərbaycan tərəfi əgər atəşkəsi pozmaq istəsə, çoxdan aktiv əməliyyata keçməklə işğal olunmuş torpaqlarımızı azad edər. Bizim atəşkəsi hansısa məqsədlə pozmağımız məntiqə sığmayan bir şeydir. Azərbaycan tərəfi atəşkəsi pozanların susdurulması üçün tədbirlər görür.

 

Bilirsiniz, bizim təmas xəttində yaşayış məntəqələrimiz çox sıx yerləşir. Qarabağ bölgəsində bəlkə də təmas xəttinin 50 faizindən yuxarı hissəsi yaşayış məntəqələrinin sərhədindədir. Bu səbəbdən Azərbaycan  Silahlı Qüvvələrinin bölmələri orada həm təxribatın qarşısını almaq, həm də yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab atəşi ilə qarşı tərəfin hücum ehtimalını azaldır. Azərbaycan atəşkəsi pozmur, sadəcə atəşkəsin pozulmasında iştirak edir”.

 

Ş.Ramaldanov qeyd edib ki, cəbhədə vəziyyətin gərginləşməsinin digər səbəbi  Ermənistan daxilindəki proseslərdir:

 

“Bilirik ki,  indi danışıqlar ərəfəsidir. ATƏT-in Minsk qrupu və digər  beynəlxalq qurumlar danışıqlar prosesini bərpa etmək istəyirlər. Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin silahlandığını bilir. Cənab prezident, Ali Baş Komandan İlham Əliyev dəfələrlə torpaqlarımızı azad etmək istiqamətində hər an hazır olduğumuzla bağlı  beynəlxalq aləmə, cəmiyyətimizə, Ermənistanın özünə  ismarıc verib.  Bu baxımdan bəzi beynəlxalq qurumlar məsələnin siyasi, dinc yolla həll edilməsinin tərəfdarıdır. Lakin bu, alınmır. Çünki Ermənistanın havadarları var və müəyyən üçüncü qüvvələr  nisbətən kiçik ölkələrdə qaynar ocaqların saxlanmasına, bunu öz xeyirləri üçün istifadə edilməsinə cəhd edirlər.

 

Əlbəttə, bir tərəfdən atəş olanda qarşı tərəf dayanmayacaq. Digər tərəfdən hazırda Ermənistan daxilində müəyyən proseslər gedir. Ölkənin iqtisadi vəziyyəti pisdir, həmçinin siyasi qarşıdurmalar müşahidə edilir. Hətta Ermənistanın keçmiş prezidenti, keçmiş müdafiə nazirinin ətrafında olan müxalif qüvvələr artıq Qarabağ məsələsinin  həll edilməli olduğunu bildirirlər. Bu məsələ uzun müddətdir həll edilməmiş qalsa da, Ermənistan da bir şey əldə edə bilmir. Qarabağın iqtisadiyyatı, yaşayış infrastrukturu dağılmış şəkildədir. Həmin ərazi xarabalığa çevrilib və Ermənistanın bunu bərpa etməyə imkanı yoxdur”.

 

Müsahibimizin sözlərinə görə, Ermənistan Azərbaycanın güc amilindən öz cəmiyyətini qorxutmaq üçün istifadə edir:

 

“Buna  Azərbaycanın atəşkəsi pozduğunu göstərməklə də nail olmaq istəyirlər. Ermənistanın istər siyasi, istərsə də hərbi rəhbərliyi cəmiyyəti digər sosial problemlərdən yayındırmaq üçün onu qorxutmaq fikrindədirlər.

Ermənistanın daxilində  kiçik bir gərginlik olan kimi bu, birbaşa Qarabağ bölgəsində özünü biruzə verir. Rəhbərlik Qarabağa səfərlər etməyə başlayır. Bununla da Azərbaycanla təmas xəttində gərginliyin həddindən artıq çox olduğunu  göstərmək istəyirlər.

 

Ermənistan bir şeydə haqlıdır: Azərbaycandan hər an işğal olmuş torpaqların azad edilməsini gözləmək olar. Çünki müharibə bitməyib və hələ ərazi bütövlüyümüz təmin olunmayıb. Lakin böyük dövlətlərin məsələyə müdaxiləsi Azərbaycanı bu istiqamətdə yubadır. Bu səbəbdən prezident İlham Əliyev də çıxışlarında bildirib ki, əgər Ermənistanla Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını qısa müddətdə azad etmə gücünə qadirdir. Lakin düşmən tərəf öz havadarlarına arxayın olaraq işğalçı siyasətini davam etdirir.

 

Sabah müharibə olacağı halda Ermənistan Azərbaycan əsgərlərinin qarşısında dura biləcəkmi? Xeyr. Buna görə də erməni tərəf cəbhə bölgəsində daim gərginliyi saxlayır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ