SON DƏQİQƏ

Vergili ,müdrik və xeyirxah insan

Tarix:

17-10-2017, 17:53

/ 4 941 dəfə oxundu.
Vergili ,müdrik və xeyirxah insan

 

 Yaxın dostumun oğlu Xalıqlə Astara rayonunun Şüvi kəndinə qonaq getmişdik. Hamının Dədə deyə müraciət etdiyi Məmmədsəfa kişi bizi həmişəki kimi mehriban qarşıladı.

Hansı evə xoş niyyətlə gedirsənsə, ev yiyəsi, qonağı mehriban qəbul edir.

Yetimlərin atası olan Məmmədsəfa kişi Lerik rayonunun Kaqoy kəndindəndir. 4 qızı, nəvələri, nəticələri var.

Ömrü boyu Allaha dua edən, Yaradana bağlı olan bir şəxsdir. Doğulduğu Kaqoy kəndinə yol çəkdirib. Sıldırımlı qayaları parçalayaraq neçə kilometrlərlə yol çəkdirmək adama asan gəlməsin. Hələ üstəlik doğma kəndinə hündür dağlardan, bulaqlardan borularla su çəkdirmək əsl vətənpərvərlik, xeyirxahlıqdır. Bu müdrik çağında təsərrüfatla məşğul olmaq böyük cəsarət tələb edir.

Qurban bayramında, imamlarımızın 40 mərasimində mal-heyvan kəsdirərək kənd camaatına pay vermək bu insanın qəlbinin böyüklüyündən xəbər verir.

Məmmədsəfa kişi vergili insandır. Şəfalı əlləri yüzlərlə insana şəfa verib. Şəfa tapan insanlar onu yaddan çıxarmır, tez-tez ziyarətə gəlirlər.

Dədə haqda bir jurnalist araşdırması apardım. Gözü-könlü tox olan Məmmədsəfa kişinin yanına gələn kəslərə birinci sual verir:Vergili ,müdrik və xeyirxah insan

- Qüsulunu bilirsənmi?

- Namaz qılırsanmı?

Məmmədsəfa kişiylə söhbət edərkən insan sanki yüngülləşir, paklaşır. Məmmədsəfa kişinin söhbətlərinə qulaq asmaqdan doymursan:

- “Vaxt var idi küçəyə çıxmaq olmurdu. Elə ki, Heydər Əliyev dövlət rəhbəri oldu, qayda-qanun yarandı, özbaşınalığın qarşısı alındı. Mən Ərəfatda, Həcc ziyarətində Heydər Əliyevin adına dəvə qurbanı kəsmişəm. Belə insanlar çox azdır. Prezidentimiz İlham Əliyev görün yolları necə asfaltlaşdırıb. Camaatın güzəranı yaxşılaşıb.

İnsanlar mehriban yaşayırlar. Dövlətimiz günü-gündən güclənir. İlham Əliyev hər tərəfi cənnətə döndərib. Allah köməyi olsun”.

Bu bizi sevindirir. Həqiqətən də Dədənin bu yaşda hər kəlməsindən dürr tökülür. Müdrik insan haqda yazdığım “Əfsanəvi Dədə Şeyx” kitabına baxdı. Ərəb dilində “Fatihə” surəsini oxudu. Çox sevindi.

Nəvəsi Şabanın həyat yoldaşı Əfsanə Əbülfət qızı Məmmədova da Dədə Məmmədsəfa kişi kimi çox sevindi və bizi pürrəngi çaya qonaq etdilər.

Məmmədsəfa kişi gəlini Əfsanə haqda dedi:

- Əfsanə mənə həm anadır, həm bacıdır, həm gəlindir.

El ağsaqqalı ilə mehriban görüşərək, yolumuza davam etdik. Sürücümüz İlqar Naxçıvanlı dedi:

- Rauf müəllim! Dədə hər adamla çay içmir. Görün sizə necə hörmətlə yanaşdı.

Onu da qeyd edim ki, məndən əvvəl bir jurnalist qadın Dədənin qonağı olub. Deyib ki, Həccdən gəlmişəm. Sinəsi açıq-saçıq geyinən bu qadını Məmmədsəfa kişi evdən qovub ki, get abırlı geyin. Bu jurnalist də eləməyib tənbəllik, internetdə belə xeyirxah insan haqda yalan, böhtan yazı yazıb. Biz isə gördüyümüzü, eşitdiyimizi yazmaqla öz kəndinə yol çəkdirən, uzaq məsafələrdən su çəkdirən, insanlara şəfa verən, düz yol göstərən, yetim-yesirə həyan, Allaha bağlı nurani insan olan Dədə Məmmədsəfa kişiyə hörmətimiz daha da artdı.

Belə insanların qədrini bilmək lazımdır. Əməli xeyirxahlıqla yoğrulan Dədə Məmmədsəfa kişiyə cansağlığı, uzun ömür arzulayırıq.

Cəfər adlı xeyirxah insan Xalıqın narahatlığını hiss edib dedi: “Gəlin gedək Seyid Zahid ağanın türbəsini, ocağını da ziyarət edək”.

Seyid Anar bizi türbə ilə tanış etdi: 1230-1300-cü illərdə yaşamış Şeyx Zahid Türbəsinə çoxlu insanlar gəlir. Qədimi qəbiristanlıq bu yerin müqəddəsliyini bildirir. Lənkəran-Astara zonasında möcüzəli insanlar, qədim pirlər, məbədlər çoxdur. Çünki bu yerlərdə inanclı, imanlı insanlar daha çoxdur.

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ