SON DƏQİQƏ
» » Paşayeva Nəvvabın evinin qalıqlarını TƏQDİM EDİR - VİDEO

Paşayeva Nəvvabın evinin qalıqlarını TƏQDİM EDİR - VİDEO

Tarix:

3-09-2021, 08:42

/ 2 566 dəfə oxundu.
Paşayeva Nəvvabın evinin qalıqlarını TƏQDİM EDİR - VİDEO

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşada şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat, musiqişünas, böyük alim Mir Möhsün Nəvvabın evini ziyarət edib.

GunAz.az xəbər verir ki, millət vəkili erməni vandallarının bir hissəsini dağıtdığı evin görüntülərini lentə alıb və öz şərhini də tamaşaçılarla bölüşüb.

Millət vəkili əmin olduğunu bildirib ki, yaxın zamanlarda Şuşa bütün dünyada ən gözəl mədəniyyət şəhərlərindən biri kimi tanınacaq və Mir Möhsün Nəvvabın evi də çox qısa zamanda təmir-bərpa işləri aparılaraq insanların ziyarətinə açılacaq.

"Bu gün hörmətli Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondu bu istiqamətlərdə çox önəmli işlər görür və inanırıq ki, Mir Möhsün Nəvvabın irsi və xatirəsi qədim Şuşada ən yüksək səviyyədə yaşamaqda davam edəcək.

Amma hər bir azərbaycanlı erməni vandalizmini, erməni faşizminin iç üzünü görmək, duymaq istəməyənlərə gerçəklikləri yorulmadan çatdırmalıdır. Çünki ermənilərin əsl məqsədi işğal etdikləri torpaqlarımızdan xalqımızın tarixini və mədəniyyətini də tamamilə silmək olub. Bu dəhşətli barbarlığı bütün dünyaya daha çox duyurmalıyıq”, - millət vəkili qeyd edib.Kult.az

Q.Paşayevanın Mir Möhsün Nəvvabın evindən lentə aldığı videonu təqdim edirik:


скачать dle 12.1

Şərhlər