SON DƏQİQƏ
» » Xankəndi və Xocalıda hansı işlər görülür? VİDEO

Xankəndi və Xocalıda hansı işlər görülür? VİDEO

Tarix:

21-02-2025, 22:06

/ 4 195 dəfə oxundu.
Xankəndi və Xocalıda hansı işlər görülür? VİDEO

Xankəndidə zəfər parkı salınacaq. Artıq təyin olunmuş ərazidə işlərə başlanılıb.
GunAz.az-ın xəbərinə görə, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib ki, Xankəndi şəhərində Zəfər parkının salınması məqsədilə 12,9 hektar ərazidə söküntü işlərinin aparılması nəzərdə tutulub.
Ərazi şərti olaraq iki hissəyə bölünüb və 8,3 hektar sahəsi olan birinci hissədə söküntü işləri artıq yekunlaşıb. İkinci hissə isə 4,6 hektar ərazini əhatə edir ki, burada da söküntü işləri aparılacaq.
Bir middət əvvəl istifadəyə verilmiş Xankəndi tikiş fabrikində 300 nəfər işlə təmin olunub. Həmçinin fabrik tam gücü ilə işlədikdən sonra yerli pambıq xammalı əsasında parça toxunması üçün istehsal sahəsinin yaradılması nəzərdə tutulur. Ümumilikdə burada 800 iş yeri yaradılacaq. Müəssisədə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna xüsusi diqqət yetirilib.
"Xankəndi" Mehmanxana Kompleksinə aid olan "Bulud" hoteli isə hazırda istifadədədir. Hotel 45 nömrəli olmaqla, ümumilikdə 91 nəfər qonaq qəbul edə biləcək. Hoteldə ən müasir iaşə məkanları yaradılıb, 50 nəfər iş ilə təmin olunub.
Xocalıdakı Əsgəran qala-kompleksi də diqqət mərkəzindədir.
Layihəyə əsasən, qalanın konservasiyası, arxeoloji qazıntılar və açıq səma altında tarixi parkın qurulması planlaşdırılır. Qala ərazisində yenidən kreasiya xidmətlərinin təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin yaradılması, Kompleks daxilində ilin dörd fəslində festival və mədəniyyət müəssisələrinin, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə infrastrukturun qurulması nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 
скачать dle 12.1

Şərhlər