SON DƏQİQƏ
» » Qərbi Azərbaycan Xronikası: “Tava-Təpə” abidəsi bütövlükdə dəfn edilib

Qərbi Azərbaycan Xronikası: “Tava-Təpə” abidəsi bütövlükdə dəfn edilib

Tarix:

10-09-2024, 23:35

/ 4 052 dəfə oxundu.
Qərbi Azərbaycan Xronikası: “Tava-Təpə” abidəsi bütövlükdə dəfn edilib

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Bütün Ermənistan boyunca türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır” adlı veriliş efirə gedib.
GunAz.az xəbər verir ki, verilişdə erməni arxeoloqların Qərbi Azərbaycan ərazisində, xüsusən Göyçə-Şəmşəddil bölgələrində aparılan qazıntılardan, “Tava Təpə”də tapılan nümunələrdən bəhs olunur.
Bildirilir ki, erməni tarixçilər yeni iddialar sevdası ilə özləri də istəmədən apardıqları qazıntılar nəticəsində Qərbi Azərbaycan ərazisinin qədim türk-Azərbaycan torpağı olduğunu sübut edirlər.
Fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilov tarixi faktlara nəzər salaraq deyib ki, bu tapıntıların Qafqazda yaşayan köçəri maldar tərzi keçirən türk tayfalarına məxsus olduğunu sübut edir: “Qafqazda türklərin çox qədim tarixini sübut edən “Tava Təpə” nadir tapıntı kimi 3600 illik tarixi var. Qazıntı zamanı aşkar olunan binanın həddindən artıq böyük olduğu ortaya çıxdı. “Tava Təpə”də qazıntı zamanı üzə çıxan tapıntılar hamını heyrətləndirdi. Bura mürəkkəb quruluşlu, daim yanan ocaq yeri olan tikilidir”.
Onun sözlərinə görə, qazıntı zamanı üz cizgiləri dəqiq olan gil fiqurlar dini ritualı göstərən artefaktdır: “Dünyada heç yerdə rast gəlinməyən adət, yəni “Tava Təpə”də “Göbəkli-Təpə” abidəsi kimi ritual başa çatandan sonra bütövlükdə dəfn edilib. “Tava Təpə”də qazıntı zamanı tapılan qatdan aşağı qatda daha bir abidə tapılıb. Bu bölgələrin hamısında Xocalı-Gədəbəy mədəniyyətdən aid tayfalar məskunlaşıblar. “Tava Təpə” Xocalı-Gədəbəy mədəniyyətdən aid tayfaların dini ritual mərkəzi idi”. Ermənilər qazıntı zamanı üzə çıxan maddi sübutları öz adlarına çıxmaqla özlərini təkzib edirlər. Bütün Ermənistan boyunca qazıntı zamanı türklərə aid Xocalı-Gədəbəy mədəniyyətinin izləri çıxır”.
Süjetdə tarixçi “Tava Təpə” və digər abidələr barədə daha maraqlı faktlar və fikirlər səsləndirir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması barədə sübutları, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş sentyabrın 10-da 
saat 20:30-da "Baku TV"nin efirində və saat 21:30-da yutub kanalında yayımlanıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ