SON DƏQİQƏ

15 manatlıq QƏTL - VİDEO

Tarix:

16-12-2022, 22:34

/ 2 419 dəfə oxundu.
15 manatlıq QƏTL - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda bərbərxanada qətl hadisəsi baş verib.
GunAz.az bildirir ki, ağır cinayət günorta saatlarında paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində, çoxmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən kişi salonlarından birində qeydə alınıb.
Belə ki, salonda bərbər işləyən 28 yaşlı İlkin Qurbanov ağır bıçaq xəsarətləri alıb. Dərhal hadisə yerinə ərazi üzrə 19-cu polis şöbəsinin əməkdaşları gəliblər. Lakin artıq İlkin Qurbanovun öldüyünü görüblər.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkarı və həmyaşıdı İsmət Qədirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İlkin Qurbanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlumata görə, həmin şəxslər arasında 15 manata görə mübahisələr olub.
Xəzərxəbər-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ