SON DƏQİQƏ

Cinlər və pis yuxu görmək

Cəmiyyət / Manşet

İki tanışın zarafatı kütləvi dava və qətllə bitdi: TƏFƏRRÜAT - VİDEO

Tarix:1-11-2022, 21:26 Oxunub:2 323

Zarafata görə baş vermiş kütləvi dava ölümlə bitib. Hadisə 2020-ci il iyulun 19-da Sumqayıtda baş verib.

İstintaqla müəyyən edilib ki, iyulun 19-u saat 23 radələrində Heydər Əliyev prospektində fəaliyyət göstərən çörək mağazasının qarşısında Fərid Əzizli tanışı Rüfət Nəsirovla zarafat edib. Bu zaman aralarında mübahisə yaranıb.

Onlar ətrafda çoxsaylı insanların olmasına məhəl qoymayaraq, nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozublar. Fərid Əzizli Rüfət Nəsirovun üzünə yumruq zərbəsi vurduqda hadisə yerinin yaxınlığında, avtomobildə əyləşən Azad Aslanov, Şəhriyar Sadıxov və Ramid Sevindikzadə maşından çıxıb, onları sakitləşdirmək üçün yanlarına yaxınlaşıblar.

Fərid Əzizli, qardaşı Əziz Əzizli və tanışı Kərim Şükürov qrup halında qərəzli xuliqanlıq hərəkətlərini davam etdiriblər. Əziz Əzizli və Kərim Şükürov Azad Aslanova yumruq və təpik zərbələri vurduqda Ramid Sevindikzadə davanın qarşısını almağa çalışıb. Əziz Əzizlini tutub geri çəkəndə Fərid Əzizli üzərindəki bıçaqla Ramid Sevindikzadənin döş qəfəsinə 4 dəfə zərbə endirib. Bu hərəkəti ilə o, Ramidin həyatına son qoyub.

Fərid Əzizli bildirib ki, iyulun 19-u saat 21 radələrində həyətə düşməyə hazırlaşarkən qardaşı Əziz işdən evə gəlib və ona çox uzağa getməməsini, bir azdan birlikdə gedib pivə içməyi təklif edib. O, dostu Kərimlə marketin qarşısına gedib. Bir az ərazidə dayanıb, söhbət ediblər. Sonra Əziz ona zəng edərək prospektdə yerləşən çay evində pivə içdiyini deyib, onu ora çağırıb. Kərimlə ora gedib. Yanlarındakı masada tanımadıqları 3 nəfər oturub. Bir azdan onunla və Kərimlə eyni məktəbdə oxuyan Rüfət Nəsirov gələrək həmin oğlanların yanında əyləşib. Pivə içdikdən sonra Əziz və Kərimlə birlikdə kafedən çıxıb, marketə tərəf yollanıblar. Bir qədər sonra çay evində olan 3 nəfər ora gələrək boz rəngli avtomobilə miniblər və ərazidən uzaqlaşıblar.

Daha sonra Rüfət Nəsirov və Yusif Abdullazadə onların yanına gəlib. Kərim baxmaq üçün Rüfətdən pulqabını alıb və sonra içindən sonuncuya məxsus pulu götürüb.

Rüfət narazılıq etdikdə Kərim zarafat etdiyini deyib. Pulun bir hissəsini tanışına qaytarsa da, zarafat məqsədilə qalan 5 manat pulu ona verib. Bunu görən Rüfət onunla kobud danışaraq, pulu geri qaytarmasını tələb edib. O da qardaşı Əzizin yanında mübahisə etməmək üçün Rüfəti kənara çəkib. Ona pulu zarafat məqsədilə götürdüyünü söyləsə də, Rüfət bu hərəkətin ona pis təsir etdiyini bildirib.

Bir müddət əvvəl ərazidən uzaqlaşan avtomobil həmin yerə gəlib. Maşını görən Rüfət getməli olduğunu deyərək, yenidən pulunu geri tələb edib.

5 manat pulunu qaytardıqda o, əlavə bir manat pulunun da onda olduğunu bildirib. Kobud davranışından əsəbiləşərək Rüfətin üzünə yumruqla zərbə vurub. Üzərinə getdikdə, Kərim arxadan onu tutaraq geri çəkib.

Bir anda qarışıqlıq yaranıb. Avtomobildə olan 3 nəfərin onlara tərəf gəldiklərini görüb. Ramid adlı şəxs Əzizin boynundan tutanda, arxa cibindən evdən götürdüyü bıçağı çıxarıb. Sağ əlində saxladığı bıçaqla həmin oğlana 3 dəfə zərbə vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərid Əzizli 10 il, Əziz Əzizli 2 il 6 ay və Kərim Şükürov 2 il müddətinə azadlıqdan məhrum olunublar.

Ətraflı BAKU.TV-nin videosunu təqdim edirik:


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<