SON DƏQİQƏ
» » Bu rayonlardan universitetlərə qəbul niyə olmadı?

Bu rayonlardan universitetlərə qəbul niyə olmadı?

Tarix:

9-09-2021, 12:12

/ 4 289 dəfə oxundu.
Bu rayonlardan universitetlərə qəbul niyə olmadı?

Ölkəmizdə 200-dən çox orta ümumtəhsil məktəbinin məzunlarından universitet qazanan olmayıb. Bu siyahıya xüsusən Mərkəzi Aran rayonlarında, dağlıq və dağətəyi ərazilərdə yerləşən məktəblər daxildir. Lakin bu, ilkin məlumatlardır. Çünki qəbul hələ tam başa çatmayıb. Boş qalan yerlərə ixtisas seçimi hələ davam edir.

Bu sözlər təhsil eksperti Kamran Əsədov bəzi rayonlar üzrə universitetlərə tələbə qəbulunun olmaması barədə danışarkən deyib.

"Bir çox kənddən ali məktəbə qəbulun olmamasının əsas səbəbi ucqar və dağlıq ərazidə yerləşən məktəblərin məzunlarının sayının kifayət qədər az olmasıdır. 2 və ya 3 nəfər məzun olur, onlar da peşəyönümlü ixtisasları seçirlər. Digər səbəb isə bölgələrdə ali məktəbə qəbul barədə anlayışı çox aşağı səviyyədə olan müəllimlərin çalışmasıdır. Müəllimlər ucqar ərazilərdə daha çox kənd təsərrüfatı ilə məşğul olurlar. Daha çox Quba, Qusar, Xaçmazın kənd məktəblərindən ümumiyyətlə Azərbaycan universitetlərinə qəbul olan məzun yoxdur. Çünki onlar Dağıstan, Dərbənd universitetlərində təhsil almağı üstün tuturlar”.

Ekspert bildirib ki, kənd məktəblərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının nəticələri də qənaətbəxş olmur:

"Xüsusən Sabirabad, Saatlı, İmişli rayon məktəblərində də məzunların imtahan nəticələri çox aşağı olur. Bu, onu göstərir ki, həmin ərazilərdə şagirdlər arasında diaqnostik imtahanlar, monitorinq imtahanları keçirilmir. Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyi ən azı 6 aydan bir rayonlarda monitorinq imtahanı keçirməlidir. Ümumi bilik və hazırlıq səviyyəsini müəyyənləşdirmək üçün burada bütün şagirdlərin iştirakı məcburi olmalıdır. Bu, ən vacib addımdır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ