"Bildiyiniz kimi ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq. Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
İxtisas seçimi Mərkəzin rəsmi saytı vasitəsilə elektron qaydada aparılır və texniki cəhətdən bu prosesi həyata keçirmək çox sadədir. Proqram təminatı elə qurulub ki, sizin səhv etmək ehtimalınız yoxdur və ərizəni yadda saxla düyməsini basdıqda səhv və onun mahiyyəti barədə xəbərdarlıq edilir”.
İxtisas seçimi əlaqədar məsləhət mərkəzləri bəzi rayon təhsil şöbələrində də fəaliyyət göstərəcək. Bununla bağlı əlavə məlumat veriləcək.
Bundan əlavə, növbəti həftə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri M.Abbaszadə tərəfindən Mərkəzin "Facebook” səhifələrində ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında canlı yayım ediləcək, abituriyentlərin sualları cavablandırılacaqdır”,-DİM-dən bildirilib.
Bakı şəhəri
Azərbaycan Universiteti
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71. Telefon: +994 12 431 41 17
Bakı Biznes Universiteti
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a. Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226);
Qərbi Kaspi Universiteti
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27. Telefon:+994 12 492 61 63;
Odlar Yurdu Universiteti
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13. Telefon: +994 12 465 85 27;
Dövlət İmtahan Mərkəzinin regional bölmələri
Naxçıvan MR Regional Bölməsi
Naxçıvan şəhəri, Atatürk küçəsi, 10.
+994 36 544 04 02;
Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43.
+994 20 274 66 74;
Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182.
+994 24 244 66 14;
Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, M.Rəsulzadə küç, 7b.
+994 23 325 01 21;
Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52.
+994 25 255 24 82;
Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina.
+994 22 256 50 67;
Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küç, 19.
+994 21 215 15 23;
Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100.
+994 20 205-01-86;
Şəmkir Regional Bölməsi
+994 55 214 97 00.