SON DƏQİQƏ
» » DİM-dən imtahan günləri ilə bağlı açıqlama

DİM-dən imtahan günləri ilə bağlı açıqlama

Tarix:

16-06-2021, 10:38

/ 4 396 dəfə oxundu.
DİM-dən imtahan günləri ilə bağlı açıqlama

Dövlət İmtahan Mərkəzi iyulun 1-də keçirilməsini nəzərdə tutduğu müxtəlif növ imtahanlarına əlavə gün artırıb.

Bu imtahanlarda iştirak etmək üçün 26 mindən artıq abituriyent qeydiyyatdan keçib.

İmtahanlarda iştirakçıların sıxlığının azaldılması məqsədilə Mərkəz bu imtahanların iyulun 1-də və 2-də müxtəlif şəhər və rayonlarda keçirilməsi qərara alınıb.

İyulun 1-də və ya 2-də imtahan keçiriləcək şəhər və rayonların siyahısı yaxın günlərdə elan olunacaq.

Qeyd edək ki, iyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.

– əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

– müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan;

– aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

– eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ