SON DƏQİQƏ
» » İyunun 14-də 195 min 449 şagirdin son zəngi çalınacaq...

İyunun 14-də 195 min 449 şagirdin son zəngi çalınacaq...

Tarix:

7-06-2017, 12:00

/ 3 083 dəfə oxundu.
İyunun 14-də 195 min 449 şagirdin son zəngi çalınacaq...

İyunun 14-də 195 min 449 şagirdin son zəngi çalınacaq. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. 2017-ci ildə də ümumtəhsil məktəblərində "Son zəng” tədbirləri iyunun 14-də keçiriləcək. 
Hər il olduğu kimi, bu il də "Son zəng” tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumtəhsil məktəblərində təşkil ediləcək. Bu il Azərbaycanın ümumtəhsil məktəblərini 195 449 şagird bitirəcək. Təhsil Nazirliyinin məlumatına görə, 2016-2017-ci tədris ilinin sonuna olan proqnoz üzrə respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagirdin bitirəcəyi gözlənilir. 2017-2018-ci tədris ilinin əvvəlinə 164 945 nəfərin I siniflərə qəbulu gözlənilir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ