SON DƏQİQƏ
» » Test imtahanları ləğv edilir? - DİM-dən açıqlama

Test imtahanları ləğv edilir? - DİM-dən açıqlama

Tarix:

17-08-2024, 08:00

/ 3 839 dəfə oxundu.
Test imtahanları ləğv edilir? - DİM-dən açıqlama

Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə GunAz.az-a bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bu, 2017-ci ildə verilən bir müsahibədir, burada söhbət 2019-cu ilin qəbul modelindən gedirdi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, guya test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı”.
скачать dle 12.1

Şərhlər