SON DƏQİQƏ
» » Noyabrda məktəblərdə 17 gün tətil olacaq - RƏSMİ

Noyabrda məktəblərdə 17 gün tətil olacaq - RƏSMİ

Tarix:

5-08-2024, 12:18

/ 3 207 dəfə oxundu.
Noyabrda məktəblərdə 17 gün tətil olacaq - RƏSMİ

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən orta məktəblərdə (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.
GunAz.az axar.az-a istinadən xəbər verir ki, sözügedən qərarla ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.
Noyabrın 9-10-nu və 23-24-ü şənbə və bazar günlərinə təsadüf edir. Həmçinin 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günləridir. 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq.
Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək.
Noyabrın 25-i dərs günü olacaq.
Qeyd edək ki, noyabrda həftəsonlarını da hesablasaq, cəmi 10 gün dərs olacaq.
скачать dle 12.1

Şərhlər