SON DƏQİQƏ

Fırat Universitetinin prorektoru ADU-da

Tarix:

8-06-2024, 08:38

/ 2 500 dəfə oxundu.
Fırat Universitetinin prorektoru ADU-da

İyun ayının 7-də Türkiyənin Fırat Universitetinin Tədris işləri üzrə prorektoru, professor Mehmet Yılmaz və Beynəlxalq əlaqələr şöbəsinin xarici əlaqələr üzrə koordinatoru İzzət Taşar Azərbaycan Dillər Universitetinin qonağı olub.
GunAz.az xəbər verir ki, görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla və universitetin digər rəhbər şəxsləri iştirak ediblər.
Akademik Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor bugünkü görüşü Fırat Universiteti ilə elmi əməkdaşlığın qurulması üçün yeni perspektivlərin ilk müjdəçisi hesab etdiyini qeyd edib.
Səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürünü bildirən professor Mehmet Yılmaz ADU-nun uğurlarının yeni müstəvidə öyrənilməsinin vacibliyini vurğulayıb. O, iki universitet arasında müəllim və tələbə mübadiləsinin aparılması imkanlarının olduğunu qeyd edib və bu istiqamətdə əməkdaşlığın əhəmiyyətindən danışıb.
Akademik Kamal Abdulla müəllim və tələbələrin təcrübə proqramlarına qoşulmasının, xarici dillərin yeni metodlarla tədrisinin qarşılıqlı şəkildə öyrənilməsinin önəmini bildirib. O, ADU-nun bu istiqamətdə atdığı addımların və əldə etdiyi nailiyyətlərin iki universitet arasındakı əməkdaşlıq üçün möhkəm təməl yaradacağını vurğulayıb.
Görüşdə gələcək elmi layihələrin birgə həyata keçirilməsi və təcrübə proqramlarının qarşılıqlı şəkildə tətbiq olunmasının mümkünlüyü ətrafında müzakirələr aparılıb. Hər iki tərəf elmi və akademik əməkdaşlıq üçün konkret addımlar atmaq və bu istiqamətdə müvafiq tədbirlər görmək barədə razılığa gəliblər.
Qeyd olunub ki, bu görüş Azərbaycan Dillər Universiteti ilə Fırat Universiteti arasında elmi və mədəni əlaqələrin qurulması və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm addımdır.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ