SON DƏQİQƏ

İyunun 14-ü “Son zəng” çalınacaq

Tarix:

5-06-2024, 18:34

/ 2 987 dəfə oxundu.
İyunun 14-ü “Son zəng” çalınacaq

İyunun 14-ü məktəblərdə “son zəng” çalınacaq.
GunAz.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, elm və təhsil nazirinin müvafiq əmrinə əsasən, 2023-2024-cü tədris ili ölkənin bütün tipdən olan ümumi təhsil müəssisələrində 15 sentyabr 2023-cü il tarixində başlayır, 14 iyun 2024-cü il tarixində başa çatır.
Bununla əlaqədar olaraq 14 iyun son dərs günüdür.
Qeyd edilib ki, məktəblərdə şagirdlərdən dərsliklərin tədris ilinin sonuncu həftəsindən başlayaraq təhvil alınması nəzərdə tutulur.
скачать dle 12.1

Şərhlər