SON DƏQİQƏ
» » Əliyev və Paşinyan Brüsseldə hansı məsələləri müzakirə edəcək?

Əliyev və Paşinyan Brüsseldə hansı məsələləri müzakirə edəcək?

Tarix:

27-08-2022, 12:45

/ 2 330 dəfə oxundu.
Əliyev və Paşinyan Brüsseldə hansı məsələləri müzakirə edəcək?

Bu ayın sonunda Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutacaq. Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən konfransda çıxışı zamanı bildirib.

Daha əvvəl Brüsseldə keçirilən görüşdə sərhədlərin delimitasiya ilə bağlı komissiyanın yaradılması ilə bağlı razılıq əldə olunduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri bu ayın sonunda Moskvada görüşəcəklər. Onlar nəqliyyat-kommunikasiya və delimitasiya ilə bağlı məsələləri müzakirə edəcəklər

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ