SON DƏQİQƏ
» » Rəşt-Astara dəmir yolunun tikintisi müzakirə edildi

Rəşt-Astara dəmir yolunun tikintisi müzakirə edildi

Tarix:

20-05-2022, 21:46

/ 1 346 dəfə oxundu.
Rəşt-Astara dəmir yolunun tikintisi müzakirə edildi

Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına səfəri çərçivəsində Tehranda "Azərbaycan Dəmir Yolları” QSC (ADY) və İranın Dəmir Yolları (RAI) rəhbərliyi arasında görüş keçirilib.

Bu barədə GunAz.aza ADY-dən məlumat verilib.

 

Məlumata görə, görüşdə Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivləri, dəhlizin tərkib hissəsi olan Rəşt-Astara xəttinin tikintisi müzakirə edilib.

Bununla yanaşı, İranın Astara şəhərində yük terminalının tikintisi ilə bağlı mövcud vəziyyət və bu sahədə işlərin sürətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ