SON DƏQİQƏ
» » 400 minə yaxın şəhid verdiyimiz 9 MAY qələbəsi HAQQIMIZDIR

400 minə yaxın şəhid verdiyimiz 9 MAY qələbəsi HAQQIMIZDIR

Tarix:

9-05-2022, 13:33

/ 2 539 dəfə oxundu.
400 minə yaxın şəhid verdiyimiz 9 MAY qələbəsi HAQQIMIZDIR

Teyyub Qənioğlu
Biz 9 MAY qələbə gününü faşizm üzərində qələbə kimi qeyd etməliyik!
Bütün Azərbaycan xalqını, dostlarımı Təkamül Partiyası adından və şəxsən öz adımdan 9 MAY faşizm üzərində qələbə günü münasibəti ilə təbrik edirəm! Bu qələbənin əldə edilməsində 400 minə yaxın şəhid vermiş xalqımızın, Bakımızın misilsiz rolu olduğunu RF prezidenti V.Putin başda olmaqla şovinist ruslardan başqa hamı bilir, qəbul və təqdir edir. Bu gün həddini aşaraq, keçmiş SSRİ-yə daxil olan xalqların faşizm üzərindəki qələbədə rolunu inkar edən, bu qələbəni yalnız rusların adına yazan şovinist putinlərin nə deməsindən asılı olmayaraq bu bayram həm də haqlı olaraq bizim bayramımızdır! Biz 9 MAY qələbə gününü faşizm üzərində qələbə kimi qeyd etməliyik! Biz birlikdə alman faşizminə qalib gəlmişik! İnşallah çox tez bir zamanda ondan da iyrənc olan erməni faşizmi üzərində qələbəmizi tam olaraq sona çatdıracaq və mənfur erməniləri və onların havadarları olan "bədməramlı" rusları torpaqlarımızdan qovacağıq! 
Yaşasın Azərbaycan! Biz qalib gələcəyik!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ