SON DƏQİQƏ
» » Bayramov britaniyalı nazirlə Brüssel görüşünü müzakirə etdi

Bayramov britaniyalı nazirlə Brüssel görüşünü müzakirə etdi

Tarix:

8-04-2022, 21:15

/ 1 496 dəfə oxundu.
Bayramov britaniyalı nazirlə Brüssel görüşünü müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.

Bu barədə GunAz.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər, bölgədəki son vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və bu xüsusda Brüssel görüşünü müzakirə ediblər.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb.


скачать dle 12.1

Şərhlər