SON DƏQİQƏ
» » Dünya 77 ildir Buça kimi qətliam görməyib? Bəs Xocalı?

Dünya 77 ildir Buça kimi qətliam görməyib? Bəs Xocalı?

Tarix:

5-04-2022, 22:58

/ 1 552 dəfə oxundu.
Dünya 77 ildir Buça kimi qətliam görməyib? Bəs Xocalı?

NATO Baş katibi Yens Stoltenberq qurumun mənzil qərargahında ənənəvi mətbuat konfransında Buça qətliamı haqqında da danışıb, bildirib ki, bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ilk dəfədir belə bir qətliamla üzləşir. Halbuki İkinci Dünya müharibəsindən sonra beynəlxalq aləm Xocalı, Srebrenitsa kimi qətliamlara şahidlik edib.

GunAz.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

"NATO Baş katibinin "biz bu münaqişənin Ukrayna sərhədlərini aşmasına icazə verməməliyik” cümləsi də diqqəti cəlb edir. Görünür, baş katib Rusiyanın başqa işğalçı müharibələr də planlaşdırdığına işarə edib. Stoltenberq deyib ki, əgər nüvə gücləri olan NATO və Rusiya üz-üzə gələrsə, bu daha dəhşətli müharibə olar. Stoltenberq bunları nəzərə alaraq çətin və ağrılı qərarlar verməyə məcbur olduğunu bildirib. Nədir bu çətin qərar? Aydındır ki, söhbət Ukraynanın NATO üzvlüyündən kənarda tutulmasından və Ukraynanın hava sahəsinin qorunmasından imtinadan gedir. Stoltenberqin "çətin qərar” dediyi siyasət minlərlə ukraynalının öldürülməsinin bundan sonra da davamı deməkdir”, - politoloq vurğulayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ