SON DƏQİQƏ
» » İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?

İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?

Tarix:

28-12-2021, 13:00

/ 1 216 dəfə oxundu.
İlham Əliyev və Paşinyan nəyi müzakirə edəcək?

Hər platforma, hər beynəlxalq səviyyəli konfrans ikitərəfli və çoxtərəfli münasibətlərin müzakirəsi baxımından bir fürsətdir. Lakin Sankt-Peterburqda keçiriləcək MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə İlham Əliyev və Nikol Paşinyanın hansısa bir yekun sənədə imza atacağını düşünmürəm.

Bu sözləri açıqlamasında Ankara Universitetinin professoru Toğrul İsmayıl deyib.

 

Onun sözlərinə görə, ənənəvi olaraq münaqişədən sonra tərəflər arasında görüşlər və imzalanan sənədlər xüsusi mahiyyət daşıyır:

"Peterburqda keçirilən görüşün əsas səbəbi MDB-nin 30 illiyidir. Əlbəttə ki, bu toplantıda İlham Əliyev və Paşinyan görüşə, müxtəlif məsələləri müzakirə edə bilər. Ancaq Qarabağ kimi onillərlə beynəlxalq aləmi məşğul edən ciddi bir məsələ ilə bağlı bəyanat və anlaşmaların imzalanması üçün xüsusi zirvə görüşlərinin təşkil edilməsi lazımdır. Çünki bu, həm vasitəçi dövlət olaraq Rusiya, həm də tərəf dövlətlər olan Azərbaycan və Ermənistan üçün tarixi və siyasi əhəmiyyət kəsb edir”.

скачать dle 12.1

Şərhlər