
Rusiya sülhməramlılarının (Azərbaycanın Qarabağ iqtisadi zonasında müvəqqəti olaraq yerləşdirilən - red.) Qarabağda olması orda humanitar vəziyyəti yaxşılaşdırıb.
GunAz.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
"Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Qarabağda sabitliyin qorunmasına kömək edirlər. Onların səyləri nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonların əraziləri minalardan təmizlənib, sosial infrastruktur bərpa edilib, tarixi və mədəniyyət abidələri qorunub saxlanılıb”, - Putin bildirib.