SON DƏQİQƏ
» » Ağlınızı başınıza yığın CƏNAB İŞĞALÇILAR

Ağlınızı başınıza yığın CƏNAB İŞĞALÇILAR

Tarix:

12-11-2021, 22:08

/ 2 361 dəfə oxundu.
Ağlınızı başınıza yığın CƏNAB İŞĞALÇILAR

Teyyub Qənioğlu
"Azərbaycan xalqının, dövlətinin öz ərazi bütövlüyünün, süverenliyinin
de-fakto tam bərpa etmək əzmini heç kim qıra bilməz"!
Təxribat törətməklə "sülhməramlı” adı altında Azərbaycan ərazisinə soxulan Rusiya "sülhməramlı” kimi yox, əsl işğalçı kimi davranmaqda və Azərbaycanın süverenliyinə, ərazi bütövlüyünə nümayişkaranə sürətdə məhəl qoymamaqda davam edir. Ruslar görün nə qədər azğınlaşıblar ki, Azərbaycan ərazisində, Azərbaycanın xəbəri olmadan Rusiya "sülhməramlılarının” Qarabağa soxulmasının birinci ildönümü münasibəti ilə "sülhməramlıların” hərbi şəhərciyinin ərazisində "Rusiya Şöhrət Xiyabanı” (?) yaradıb burada rus "sülhməramlılarını” əks etdirən heykəl (?) və Rusiyanın bayrağını (?) ucaldıblar. Hətta bununla kifayətlənməyərək Xiyabanda Rusiyanın 10 dahi şəxsinin büstlərini də qoyublar. Hər şeydən göründüyü kimi Rusiya, "sülhməramlı” adı altında işğal etdiyi Azərbaycan ərazilərini özününki hesab edir və buradan rədd olub getmək fikrində deyil. Abxaziyada, Cənubi Osetiyada, Dnestryanı bölgədə istədiyi kimi davranan və heç bir müqavimətlə qarşılaşmayan Rusiya, Azərbaycanla da eyni şəkildə davranmaq istəyir? Rusiya, Azərbaycanın, torpaqlarını işğal etdiyi digər dövlətlər kimi, buna uzun müddət dözəcəyinimi hesab edir? Təbii, Azərbaycan Rusiyanın bu tipli bəd əməllərini görür, bunlara hələlik təmkinlə yanaşır. Ancaq hələlik! Ruslar unutmasınlar ki, Azərbaycan xalqının, dövlətinin öz ərazi bütövlüyünün, süverenliyinin de-fakto tam bərpa etmək əzmini heç kim qıra bilməz! Ağlınızı (əgər varsa) başınıza yığın cənab işğalçılar, untmayın ki, DƏMİR YUMURUQ YERİNDƏDİR!
скачать dle 12.1

Şərhlər