SON DƏQİQƏ

Prezident və xanımı Qubadlıya getdi

Tarix:

25-10-2021, 14:51

/ 2 328 dəfə oxundu.
Prezident və xanımı Qubadlıya getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Dövlətimizin başçısı və birinci xanım Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq "Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak ediblər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ