SON DƏQİQƏ
» » İlham Əliyev bu tarixdə Türkiyəyə səfər edəcək

İlham Əliyev bu tarixdə Türkiyəyə səfər edəcək

Tarix:

25-10-2021, 09:39

/ 2 216 dəfə oxundu.
İlham Əliyev bu tarixdə Türkiyəyə səfər edəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oktyabrın 26-da Qarabağda, noyabrın 12-də isə İstanbulda görüş keçiriləcək.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Tvitterdə yazıb.

"Cənab Prezident İlham Əliyevin "Qardaşım" dediyi zaman kimi nəzərdə tutduğunu hamı çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə sabah - oktyabrın 26-da Qarabağda, 4-cü dəfə isə noyabrın 12-də İstanbulda görüşəcəklər. Gözləyirik", - səfir bildirib.

Qeyd edək ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.

скачать dle 12.1

Şərhlər