SON DƏQİQƏ
» » Moskvada 3 tərəfli görüşdə nə müzakirə olunacaq?

Moskvada 3 tərəfli görüşdə nə müzakirə olunacaq?

Tarix:

23-10-2021, 18:56

/ 2 397 dəfə oxundu.
Moskvada 3 tərəfli görüşdə nə müzakirə olunacaq?

Əliyev və Paşinyanın Moskvada Putinin vasitəçiliyi ilə 8-9 noyabr tarixində görüşəcəyi məlumatını "RİA Novosti” də mənbələrə istinadən yaydı. Kreml informasiyanı təkzib etmir. Və bu, görüşün olacağı ehtimalını daha da artırır.

Görüşün gündəliyinin iki məsələ ətrafında olacağı məlumdur: sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması;

Kommunikasiyaların açılması 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarda əksini tapıb. Detallar üçtərəfli qaydada müzakirə edilir, bu baxımdan, görüşdə kommunikasiyaların açılmasının konkret tarixi üzərində razılaşdırma ola bilər: Zəngəzur dəhlizinin Ermənistan ərazisinə düşən hissəsində işlərin başlanması; Qazax-İcevan yolunun açılması və s;

Görüşdə imzalanacaq sənədin sərhəd müqaviləsi olacağı istisna deyil:

1. Putinin "Valday” klubunda çıxışı da bu fikri gücləndirir;
2. Kommunikasiyanın açılmasına başlamaq üçün öncə sərhədlərin müəyyənləşməsi prosesi həyata keçirilməlidir: misal üçün, rusların da xüsusi marağında olan Qazax-İcevan yolunun (Lars keçidində problemlərin yaranması səbəbilə) işə düşməsi üçün Qazaxın 7 kəndinin taleyi həll edilməlidir; yol xüsusilə Bərxudarlı kəndinin üzərindən keçir;

Burada ən vacib məqamlardan biri 10 noyabr bəyanatının imzalanmasından bir il sonra razılaşmanın bəndlərinin yerinə yetirilməsində irəliləyişə nail olmaqdır: Moskva və İrəvan kommunikasiya məsələsində maraqlıdır; Bakının prioritetlərindən biri də bəyanatın 4-cü bəndinin icra edilməsi, erməni qoşunların Qarabağdan çıxarılmasıdır;

Mümkündür ki, Moskvada üçtərəfli görüşə qədər qoşunların çıxarılması prosesi yekunlaşsın. Əliyevin məlum 4-cü bənd haqqında ilk dəfə Ərdoğanla Putinin Soçi görüşündən öncə açıq şəkildə danışması da təsadüfi deyildi ("orada açıq-aşkar göstərilir ki, erməni silahlı qüvvələri bizim torpağımızdan tam çıxarılmalıdır” – "Anadolu”ya müsahibədə) və bu, regionun gələcəyinin müəyyənləşdiyi Soçi görüşündə Əliyevin bu tələbinin də müzakirə edildiyi, qərar verildiyi ehtimalını gücləndirir;

Sərhəd müqaviləsi Azərbaycan və Ermənistanın dövlət sərhədlərini qarşılıqlı tanıması deməkdir və erməni qoşunları Azərbaycan sərhədləri daxilində qaldığı müddətdə bu tanınma hüquqi baxımdan da mümkün deyil.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ