SON DƏQİQƏ
» » Nikol Əliyevlə görüş istəyir: Xəritələri gətirirəm, əvəzində...

Nikol Əliyevlə görüş istəyir: Xəritələri gətirirəm, əvəzində...

Tarix:

4-10-2021, 08:36

/ 2 448 dəfə oxundu.
Nikol Əliyevlə görüş istəyir: Xəritələri gətirirəm, əvəzində...

Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

Axar.az xəbər verir ki, bu sözləri N.Paşinyanın mətbuat katibi Mane Gevorqyan deyib.

"Hələ iyul ayında elan etmişdim ki, ən yüksək səviyyədə görüşlərə hazırıq - yəni xarici işlər nazirlər və baş nazir-prezident formatında”, - deyə o bildirib.

Hökumət başçısı əlavə edib ki, Əliyevlə görüşə gedərkən bütün minalanmış ərazilərin xəritəsini götürməyə hazırdır, əvəzində isə Bakının görüşə "bütün erməni əsirləri” gətirməsi üçün çağırış edib.

Qeyd edək ki, Prezident İlham Əliyev bundan öncə N.Paşinyanla görüşməyə hazır olduğunu demişdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ