SON DƏQİQƏ
» » Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü

Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü

Tarix:

25-09-2021, 22:40

/ 1 409 dəfə oxundu.
Ceyhun Bayramov serbiyalı həmkarı ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən GunAz.az-a verilən məlumata görə, görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu bildiriblər.
Tərəflər Azərbaycan Respublikası və Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın uğurla inkişaf etdiyini qeyd ediblər.
Həmçinin Qoşulmama Hərəkatının Belqradda keçiriləcək 60 illik yubiley tədbirinə hazırlıq məsələləri ətrafında müzakirələr aparılıb.
Görüşdə eyni zamanda qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ