SON DƏQİQƏ

Şuşanın mədəni həyatı BƏRPA EDİLİR

Tarix:

3-09-2021, 16:53

/ 2 667 dəfə oxundu.
Şuşanın mədəni həyatı BƏRPA EDİLİR

Əsli Kazımova: "Xarıbülbül fesivalı ilə Şuşa mədəniyyəti bütün dünyaya səs salmağı bacardı...”
"Xarıbülbül fesivalı ilə Şuşa mədəniyyəti bütün dünyaya səs salmağı bacardı...”Bunu "Azad Azərbaycan"a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin 2021-ci il 30 avqust tarixində Şuşada  Vaqif Poeziya Günlərinin açılışı ilə bir daha Şuşanın Azərbaycan şəhəri kimi dünya ictimaiyyətinə nümayiş etdirdi:
"2021-ci il 30 avqust tarixində Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışının keçirilməsi  ölkənin həyatında olduqca  əlamətdar hadisə idi. İlk növbədə ona görə ki, Cənab Prezident Ulu Öndərin bütün arzularını və tövsiyyələrini bir-bir reallaşdırmaqdadır. Xatırlayırsınızsa, Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını Ulu Öndər Heydər Əliyev vermişdir. Ulu Öndərin təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də Şuşada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdu. Hələ o zaman, sovet dönəmində, bu addım sıradan bir hadisə deyildi. Amma o vaxtı Ulu Öndər bunu necə bacardısa, bu gün də, Cənab Prezident İlham Əliyev bu önəmli addımı atdı. Nəzərə almaq gərəkdir ki, həmin dönəmdə Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi və  ermənilər Şuşaya iddia edirdilər.  Hətta 30 ildir  erməni separatçıları işğal altında saxladıqları Şuşamızı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Heç bir tarixi və mədəni əsası olmayan bu kimi yalanlarla ermənilər uzun illər dünya ictimaiyyətini gərçəkləri görmələrinə mane olurdular. Bu gün qeyd etməliyik ki, aparılan quruculuq işləri Şuşanın mədəni həyatını bərpa etdi.  Erməni vandalizminin nəticəsində dağıdılmış məqbərənin bərpasını Heydər Əliyev Fondunun öz üzərinə götürməsi də, böyük bir xidmət kimi dəyərləndirmək gərəkdir. Bu hadisə  "Vaqif Poeziya Günləri"ni  də bərpa etdi.  Bundan öncə də, daha bir əlamətdar hadisə də, "Xarıbülbül” festivalı idi ki, o da,  Şuşa mədəniyyətinin bütün dünyaya səs salmasına öz tövhəsini verdi. Şuşanın bərpası yanvarın 14-də başladı və qısa müddət ərzində böyük işlər görüldü. Nəticə çox böyükdür. Sürətli inkişaf  bu gün zəfər yolumuzu artıq inkişafın və azad olunmuş torpaqlara həyatın qaytarılmasının rəmzinə çevrilməklə yanaşı, o torpaqlara böyük qayıdışın təməlinin qoyulmasıdır. Bu gün etiraf etmək lazımdır ki, Cənab Prezident İlham Əliyev Şuşaya tam mənada zəngin həyatı qaytarmaq üçün bütün zəruri addımların atılması üçün əlindən gələni əsirgəmir. İşıq sürəti ilə Şuşanın bərpası böyük qayıdışın yaxın zamanlarda başlanğıcını zəruri edir...”
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ