SON DƏQİQƏ

İlham Əliyev fərman imzaladı

Tarix:

3-09-2021, 15:55

/ 3 756 dəfə oxundu.
İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev "Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2557) 3.3-cü bəndi aşağıdakı redaksiyada verilsin:

"3.3. Cəmiyyət ərzaq məhsullarının dövlət sifarişi ilə bağlı alqı-satqı əməliyyatlarının "Ərzaq məhsullarının dövlət sifarişi ilə satın alınması” elektron portalı vasitəsilə aparılmasını, eləcə də bu sahədə fəaliyyətin təşkili üçün digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsidir;”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ