Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
***
Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında "Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.
***
Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub.
Prezident İlham Əliyev açılışda iştirak edib.