SON DƏQİQƏ
» » Əli Əsədov bu məsələ ilə bağlı qərar imzaladı

Əli Əsədov bu məsələ ilə bağlı qərar imzaladı

Tarix:

21-08-2021, 16:20

/ 4 281 dəfə oxundu.
Əli Əsədov bu məsələ ilə bağlı qərar imzaladı

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb.

"Kollegiyanın üzvləri” bölməsində " Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri isə "Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib

Bundan əlavə, kollegiyasının tərkibinə Təhsil İnstitutunun direktoru və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ