SON DƏQİQƏ
» » Badalyandan MÜHÜM AÇIQLAMALAR-BURALAR QAYTARILACAQ

Badalyandan MÜHÜM AÇIQLAMALAR-BURALAR QAYTARILACAQ

Tarix:

9-08-2021, 08:00

/ 3 989 dəfə oxundu.
Badalyandan MÜHÜM AÇIQLAMALAR-BURALAR QAYTARILACAQ

Baş nazir Nikol Paşinyan ya Azərbaycana şifahi şəkildə hansısa razılıq verib, ya da Bakı hazırkı imkanlarından istifadə edərək, güzəşt tələb edir.

GunAz.az xəbər verir ki, bu sözləri erməni polittexnoloq Armen Badalyan Zəngəzur dəhlizi ilə bağlı danışarkən deyib.

A.Badalyan bildirib ki, real danışıqların mahiyyətini tam olaraq 3 nəfər bilir – Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri. Politoloqun sözlərinə görə, Ermənistan hakimiyyətinin təkzib etməsinə baxmayaraq, bu 3 şəxsin Zəngəzur dəhlizini müzakirə etdiyi qətiyyən istisna edilməməlidir:

"Ermənistan baş nazirinin dəhlizlə bağlı heç bir söz vermədiyi barədə sözlərini həqiqət kimi qəbul etmək olmaz. Hakimiyyət 44 günlük müharibə zamanı da bir söz deyib, başqa şey edirdi”.

Badalyanın fikrincə, Əliyev və Putinlə görüşü zamanı Paşinyanın hansısa vədlər verməsi tam mümkündür:

"Ola bilsin ki, Paşinyan sözündən qaçıb, fikrini dəyişib və Azərbaycan da buna görə təzyiqi artırıb”.

Politoloq deyib ki, Azərbaycan müharibədən sonra Ermənistanın indiki vəziyyətindən də istifadə edə bilər:

"Azərbaycan Ermənistanı ikinci kapitulyasiyaya məcbur edir: bu dəhliz Azərbaycan və Türkiyə arasında vacib rol oynayır. Eyni zamanda Zəngəzur dəhlizi Qərbə də lazımdır”.

Politoloq, həmçinin onu da qeyd edib ki, Azərbaycan anklavlarını da tələb edir və yəqin ki, buna da nail olacaq:

"Rus sərhədçilərin Tavuşda peyda olması (Rusiya sərhədçiləri Azərbaycanın anklavı olan Əskipara kəndinə yerləşdirilib – red.) bu ssenarinin gerçəkləşməsinə xidmət edə bilər. Ola bilsin ki, o ərazidə delimitasiya aparılsın və anklavlar geri verilsin. Yeni sərhədlər müəyyənləşəndən sonra isə sərhədə nəzarət rus sərhədçilərinə veriləcək”.Axar.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ