SON DƏQİQƏ
» » Makron İlham Əliyevə zəng etdi- Nə müzakirə olundu?

Makron İlham Əliyevə zəng etdi- Nə müzakirə olundu?

Tarix:

5-08-2021, 18:36

/ 4 304 dəfə oxundu.
Makron İlham Əliyevə zəng etdi- Nə müzakirə olundu?

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.

Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

скачать dle 12.1

Şərhlər